Qazaxıstanda yeni növ koronavirusa son sutka ərzində 61 nəfər yoluxub.
Teleqraf.com xəbər verir ki, yeni yoluxma halları Nur-Sultan (31), Almatı (11) şəhərlərində və Jambıl (1), Manqistausk (7), Akmolinsk (3), Qızılorda (3), Qərbi-Qazaxıstan (2), Atırau (1) və Karaqanda (2) vilayətlərində qeydə alınıb.
Nəticədə ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 036 nəfərə çatıb. Ən çox yoluxma halları Almatı (1 571) və Nur-Sultan (1 049) şəhərlərində aşkarlanıb.