Son 24 saat ərzində Çində COVİD-19 virusuna 14 yoluxma hadisəsi qeydə alınıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə ölkənin səhiyyə komitəsi rəsmi saytında xəbər yayıb.
Bildirilir ki ötən sutka xəstəlikdən ölən olmayıb.
Koronavirusun yayılma mərkəzi sayılan Uhan şəhərində aprelin 3-dən bəri ilk dəfə yeni yoluxma halı aşkarlanıb. Xəstə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.