10 May 2020 13:13
1 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Qida və Dərman İdarəsinin baş direktoru Stefan Handan sonra Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri, tanınmış mütəxəssis Antoni Fauçi və Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktoru Robert Redfild özlərini karantinə alıblar.

Teleqraf.com xəbər verir ki, Ağ Evdə müşavir və işçilər arasında koronavirus yayılandan sonra rəsmilər 14 gün ərzində özlərini təcrid edənləri və onlayn qaydada çalışacaqlarını açıqlayıblar.

Fauçi virus riskinin aşağı olduğunu və dünən keçirdiyi testin nəticəsinin neqativ çıxdığını deyib.

Qeyd edək ki, Donald Trampın qızı İvanka Trampın assistentində və 11 məxfi xidmətin əəmkdaşında virus aşkarlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər