Gürcüstanda daha 9 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 635 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı rəsmi stopgov.ge saytında məlumat verilib.
Bildirilir ki, hazırda Gürcüstanda 4717 nəfər karantində, 452 nəfər isə stasionarda nəzarətdədir.
İndiyədək ölkədə virusa yoluxanların 309-u müalicə olunaraq sağalıb, 10-u dünyasını dəyişib.