Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) şirkəti F-16 qırıcıları ilə bağlı kritik açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, şirkət rəsmi səhifəsində koronavirus pandemiyası ilə əlaqədar evdə darıxan izləyicilərə maraqlı sual ünvanlayacağı barədə paylaşım edib.
“Biliyinə əmin olanları dəvət edirik, bu günə qədər neçə ədəd F-16 istehsal etdiyimizi bilirsinizmi” sualına qısa zamanda çoxlu sayda cavab gəlib. TUSAŞ doğru cavabın 308 ədəd olduğunu açıqlayıb.