Ötən sutka ərzində İranda daha 1529 nəfər koronavirusa yoluxub, 51 nəfər isə həyatını itirib.
Teleqraf.com xəbər verir ki, İran Səhiyyə Nazirliyinin məlumatına əsasən, ümumilikdə yoluxanların sayı 106 min 220 nəfərə, ölənlərin sayı isə 6 min 589-a çatıb. Xüsusi xəstəxanalarda müalicə olunan 85 min 64 nəfər sağalıb. Yoluxma hallarının artması vətəndaşların sosial məsafəni gözləməməsi və bəzi digər qaydalara əməl etməməsi ilə izah olunur.
İranın tibbi-elmi mərkəzlərində koronavirusa qarşı vaksin hazırlanması prosesi davam edir.