Alman polisi türkiyəlilərin obyektlərinə dəfələrlə hücumlar edən İŞİD üzvünü yaxalayıblar.
Axar.az xəbər verir ki, cinayətkar Vaylkralburq şəhərində saxlanılıb.
Qeyd olunub ki, əslən Türkiyədən olan gənc Almaniya vətəndaşıdır. O, 16 aprel tarixindən 6 maya qədər türklərin işlətdiyi müxtəlif təyinatlı obyektlərə hücum təşkil etməkdə şübhəli bilinir.
İŞİD üzvü türklərin işlətdiyi bərbərxananı, bir sıra kafe və restoranları daşlayıb.