11 May 2020 10:08
2 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) Kenyadan qaçırılıb Somaliyə aparılan İtaliya vətəndaşı Silvia Konstanzo Romananı xilas edə bilib.

Teleqraf.com xəbər verir ki, Romaya gətirilən Silvianı İtaliya Baş naziri Cüzeppe Konte qarşılayıb.

Qeyd edək ki, Silvia 2018-ci ildə Kenyadan qaçırılaraq Somaliyə aparılıb. 25 yaşlı İtaliya vətəndaşı olan xanımın sağ olmasını təsbit edən MİT onunla bağlı əməliyyat aparıb. Somali və İtaliya kəşfiyyatı ilə əlaqəli işləyən türk kəşfiyyatı Silvianı xilas edərək, onu Somalidə İtaliya kəşfiyyatına təslim edib.

Məlumata görə, Silvia humanitar təşkilatda könüllü işləyirmiş.

İtaliya Daxili İşlər nazirinin müavini Marina Sereni LA7 kanalına bildirib ki, yerinin təsbit edilməsi və doğru zamanda hərəkətə keçilməsi üçün bölgədə olan türk məxfi xidməti ilə yaxın əməkdaşlıq edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər