11 May 2020 10:25
2 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus xəstəsi olan bir nəfər Qana Respublikasının cənubundakı Tema liman şəhərindəki balıq emalı müəssisəsində 533 işçini virusa yoluxdurub.

Teleqraf.com xəbər verir k, bu barədə ölkə prezidenti Nana Akufo Addo bildirib.

Dövlət başçısı xalqa müraciətində deyib:

“Ötən həftənin çərşənbə və cümə axşamı günləri arasında qeydə alınan 921 yeni yoluxma hadisəsindən 533-ü Temadakı balıq emalı fabrikində çalışanlar arasında aşkarlanıb. Həmin 533 nəfəri bir nəfər yoluxdurub”.

Çıxışın mətni prezidentin aparatı tərəfindən yayımlanıb.

Qana lideri ictimai tədbirlərin keçirilməsinə qoyulan qadağanın may ayının sonuna qədər uzadıldığını, təhsil müəssisələrinin bağlı qalacağını bildirib, eyni zamanda vətəndaşları lazımi gigiyena qaydalarına əməl etməyə və sosial məsafəni qorumağa çağırıb.

Prezidentin verdiyi son məlumatlara görə, Qanada cəmi 4700 nəfərdə yeni növ koronavirus aşkar edilib, 494 nəfər sağalıb, 22 nəfər ölüb. Həkimlər COVID-19 üçün 160 501 test keçiriblər. Bu, Afrikada milyon nəfər insana düşən ən böyük test sayıdır.


Müəllif: Səxavət

Oxşar xəbərlər