ABŞ-ın vitse-prezidenti Mayk Pensin COVİD-19 səbəbədindən karantinə alındığı iddia edilir.
Teleqraf.com xatırladır ki, ötən həftə vitse-pezidentin sözçüsü Katie Millerin koronavirus testi pozitiv çıxmışdı.
Ağ Ev Pensin karantinə alınması haqda iddialara reaksiya verərək bildirib ki, bu iddialar həqiqəti əks etdirmir və mayın 11-dən vitse-prezident işə çıxacaq.
Açıqlamada qeyd edilib ki, Pens Ağ Evin səhiyyə xidmətinin tövsiyələrini yerinə yetirir və karantin rejimində deyil.