11 May 2020 11:24
2 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın keçmiş Xarici İşlər naziri Pavel Klimkin ölkənin “Espresso TV” telekanalında Rusiyanın nasizm üzərində qələbə gününü qeyd etmək üçün mənəvi haqqının olmadığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, P. Klimkinin sözlərinə görə, Avropa və Ukrayna ənənəsi müharibəni olduğu kimi qəbul edir və bir daha heç vaxt təkrarlanmaması prinsipinə əsaslanır.

“Mən hesab edirəm ki, Rusiyanın bu bayramı qeyd etməyə ümumiyyətlə mənəvi haqqı yoxdur... Rusiya qələbə günündən Gürcüstandakı kimi, bizdə də yeni müharibələri səfərbər və təşviq etmək, ümumiyyətlə yeni bir model qurmaq üçün istifadə edir”, – deyə Ukraynanın keçmiş Xarici İşlər naziri bildirib.

O, həmçinin Moskvanın tarixlə bağlı təxribatlarına aldanmamağa və Rusiya ilə tarixi müharibəni qazanmağa çağırış edib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsindəki qələbənin tarixi yaddaşının Rusiya xalqında əbədi qalacağını söyləyib. Bunun üçün təbliğat tələb olunmadığını vurğulayıb. O, həmçinin Sovet İttifaqını II Dünya müharibəsinə hazırlaşmaqda və başlamaqda ittiham etməyi cəfəngiyyat adlandırıb. Onun sözlərinə görə, bu cür hərəkətlər daxili siyasi mübarizənin aləti kimi istifadə edilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər