2 Oktyabr 2014 13:12
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarka parlamentində “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizə üçün ABŞ və koalisiya qüvvələrinə yardım məsələsi müzakirə olunub.

Teleqraf.com Sabah qəzetinə istinadən xəbər verir ki, bu gün baş tutan iclas mübahisələri ilə yadda qalıb. Sessiyadakı müxalifyönlü sağ blok partiyaları İŞİD-ə qatılmış danimarkalıların vətən xaini olaraq mühakimə edilməsini təklif edib. Hökumət isə bu təklifi cavabsız qoyub. Fikir ayrılıqlarının artması və ortaq məxrəcin əldə olunmaması səbəbindən İŞİD-ə qarşı mübarizə təxirə salınıb.

Xatırladaq ki, ötən həftə Danimarka baş naziri Helle Torninq-Şmitt dəstək verdiyini və İraqda İŞİD-ə qarşı döyüşmək üçün koalisiyaya 7 ədəd təyyarə göndərəcəklərini açıqlayıb.

Samir


Müəllif: