11 May 2020 16:55
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan İstintaq Komitəsi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində əsgər ölümü ilə bağlı cinayət işi açıb.

Teleqraf.com xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

İlkin istintaq araşdırmasından sonra 2001-ci il təvəllüdlü əsgər Sasun Markaryanın xidməti yerində ona təhkim olunmuş silahla özünü vuraraq intihar etdiyi məlum olub.

Şəxsi intihar həddinə çatdırmaq maddəsi üzrə cinayət işi açılıb.

Hadisə mayın 10-da baş verib. Səhər saatlarında hərbi hissələrdən birinin mühafizə postunda Sasun Surenoviç Markaryan (2001-ci il təvəllüdlü) ölümcül halda tapılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər