ABŞ-ın Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antony Fauci bu gün Konqresdə COVİD-19-la bağlı xüsusi açıqlama ilə çıxış edəcək.
Teleqraf.com xəbər verir ki, respublikaçıların üstünlük təşkil etdiyi Senatdakı çıxışından əvvəl ABŞ mediasına danışan Fauci iqtisadiyyatın yenidən açılmasının əsassız acı və ölümlərə səbəb olacağını bəyan edib.
Ehtimal edilir ki, həkim Fauci Senatda çıxışı zamanı da ölkənin COVİD-19-dan əvvəlki vəziyyətə gətirilməsi üçün təkrar açılması və iqtisadiyyatın canlandırılması üçün fəaliyyətə başlanmasının təhlükəli olacağını elan edəcək.
“Nyu-York Times” qəzetinə göndərdiyi açıqlamasında Fauci bildirib ki, onun Senata vermək istədiyi mesaj ölkənin erkən addımlarının təhlükəli olacağını göstərməkdir:
“Əgər, yeni mərhələnin problemləri ilə bağlı lazım olan şeyləri anlatsaq, çox ciddi təhlükə aradan qalxacaq. Əks təqdirdə biz, ciddi təhlükə altında qalacağıq. Bu, sadəcə əsassız açı çəkilməsi və ölümlə nəticələnməyəcək, eyni zamanda, normal dönüşə ciddi zərbə vuracaq”.
Qeyd edək ki, mart ayından bu yana ilk dəfə Konqresdə açıqlama verəcək Fauci Senatın Səhiyyə, Təhsil və Əmək komitələrində də çıxış edəcək”.