"Sərhədsiz Həkimlər" Təşkilatı Ramazan ayında 8 mindən çox uşağın aclıqdan dünyasını dəyişməsi ilə əlaqədar yeni kampaniyaya başlayır.
Teleqraf.com xəbər verir ki, dünyada müşahidə edilən aclıq böhranı ilə uzun illərdir mübarizə aparan "Sərhədsiz Həkimlər" 2012-ci ildən başladılan “Qidalanma və sağlamlıq proqramı” çərçivəsində aclıq səbəbindən sağlamlığını itirən insanların müalicəsinə başlayıb. Xüsusilə, Əfqanıstan, Somali, Nigeriya, Suriya, Şərqi Gutavə Çadda minlələ insana yardım edilib.
Proqram çərçivəsində mobil səhiyyə və qidalanma mərkəzləri qurulub. Tətbiq edilən müalicələr ölüm təhlükəsi keçirən insanları həyata qaytarır.
Qeyd edək ki, "Sərhədsiz Həkimlər"in Yəmən, Əfqanıstan və Çadda 20 qidalanma və sağlamlıq mərkəzi var. Həmçinin 11 mobil sağlamlıq qrupu pandemiya günlərində fəaliyyət göstərir.