ABŞ Konqresinə Vladimir Putin administrasiyasının Rusiyada söz və mətbuat azadlığını məhdudlaşdırmağa yönəlik siyasətini qınanmasını ehtiva edən qanun layihəsi təqdim olunub.
Teleqraf.com xəbər verir ki, Nümayəndələr Palatasının sədri Eliot Engel və komitə üzvü Maykl Mak Kol tərəfindən təqdim olunan layihədə Rusiyada həbs olunan jurnalist və siyasi məhbusların azad edilməsi tələb olunur.
Habelə, Donald Tramp administrasiyasından insan haqlarını pozması ittihamı ilə Rusiyanın bir sıra səlahiyyətli nümayəndəsinə sanksiyaların tətbiq olunması istənilib.
Komitə rəhbəri Engelin məsələ ilə əlaqədar yaydığı yazılı açıqlama bildirilib:
“Vladimir Putin söz və mətbuat azadlığı ilə yanaşı, siyasi müxalifət və vətəndaş cəmiyyətinin susdurulması məsələsində böyük təcrübəyə malik qəddar avtoritardır. Bu gün təqdim etdiyimiz layihə Kremlə güclü və açıq bir mesaj göndərir”.