12 May 2020 14:16
3 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Bəşər Əsəd arasında narazılıq getdikcə artır. Rami Mahluf olayından sonra indi də Əsədə yaxıç çevrələrin ağzından Putini müzakirə edən xəbərlər yayılmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, Suriya ilə Rusiya arasında böhrana səbəb kimi rusların Bəşər Əsəddən istədiyi 4 milyard dolları ala bilməməsidir.

İddia edilir ki, Vladimir Putin Bəşər Əsəddən 4 milyard dollar müharibə təzminatı istəyir. Putinin bu pulu aldıqdan sonra Suriyada Əsədin yerinə başqa bir şəksin hakimiyyəti ələ almasına dəstək verəcəyi haqda iddialar var.

Əsədin yerinə real namizəd kimi Süheyl Həsənin adı çəkilir. O, Suriyanın V ordusunun komandanıdır və Rusiyaya xüsusi bağlılığı var. İddialara görə, Süheyl Rusiya baş qərargah rəisinin Suriyadakı bir nömrəli adamıdır. Hətta Rusiya onu şücaətlərinə götə medalla təltif edib.

Qeyd edək ki, Süheyl Həsən fevralda Türk Silahlı Qüvvələrinin “Bahar qalxanı” əməliyyatı zamanı İdlib istiqamətində yaralanmışdı.

Sözsüz ki, İranın da bu məsələlərə necə yanaşması xüsusi əhəmiyyətə malikdir. Ancaq indi İranın başı özünə qarışıb.


Müəllif: Cavad

Oxşar xəbərlər