İran Silahlı Qüvvələrinin (SEPAH) daha bir komandiri - Əbülfəzl Sərlək Suriyada öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.
Məlumatda bildirilir ki, SEPAH-ın bölgədəki komandirlərindən biri olan Əbülfəzl Sərlək mayın 10-u axşam saatlarında Suriyanın Əsriya bölgəsində baş verən döyüşlərdə həlak olub.
SEPAH komandirinin Bəşər Əsəd rejiminə qarşı vuruşan hansı qüvvələr tərəfindən öldürüldüyü barədə hər hansı bir məlumat yayılmayıb.