12 May 2020 16:35
3 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri Mixail Saakaşvili ABŞ səfirliyini islahatlar prosesində daha yaxından işləməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə ABŞ-ın Ukraynadakı rəsmi nümayəndəsi Kristina Quinlə görüşdən sonra bəyan edib.

“Millət vəkili Aleksandr Olşanski ilə birlikdə ABŞ səfirinin səlahiyyətlərini icra edən Kristina Quinlə yeni ofisimizdə görüşdük. Amerika İnkişaf Agentliyi və səfirliyinin Ukraynanın islahat proqramına daha çox cəlb olunma ehtimalını müzakirə etdik”, - Saakaşvili qeyd edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 7-də Mixail Saakaşvilinin Milli Şuranın İslahatlar üzrə İcraiyyə Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər