Separatçılar hökumət qüvvələrinin nəzarətində olan Donetsk hava limanına genişmiqyaslı hücum başlayıb.
Teleqraf.com Sabah qəzetinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Terrorla Mübarizə Mərkəzindən verilən açıqlamada deyilir. Məlumatda Donetsk hava limanının hazırda Ukrayna əsgərlərinin nəzarətində olduğu və əsgərlərin strateji əhəmiyyət daşıyan ərazini qəhrəmancasına müdafiə etdiyi bildirilib.
Separatçıların dünən gecə də Krasnogorovka, Trudovskoe, Redkodub, Nikişin, Maloorlevka və Ostraya Mogila qəsəbələrində hücumlar təşkil edib.
Milli Təhlükəsizlik və Müdafiə Şurası İnformasiya Analitik Mərkəzinin açıqlamasında dünən gecə Donetsk aeroportunda baş verən silahlı qarşıdurma zamanı 7 separatçının öldüyü, 10 nəfərin isə yaralandığı qeyd edilib.
Samir