“Rəsmi Moskva bu ilin payızında BMT Təhlükəsizlik Şurasının Tehrana tətbiq etdiyi embarqosunun ləğvindən sonra Rusiya silahlarının İrana tədarükü ilə bağlı danışıqların başlayacağını istisna etmir”.
Teleqraf.com-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin şöbə müdiri Zamir Kabulov belə deyib.
“BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin müddəti başa çatır və Rusiya bu prosesi diqqətlə izləyib”, - deyən diplomat BMT TŞ-ın Tehrana qarşı tətbiq etdiyi embarqonun bitməsindən sonra Rusiyanın İrana silah tədarükünə başlaya biləcəyinə dair suala cavab verib.
Kabulov qeyd edib ki, indiyə qədər belə bir danışıq aparılmayıb:
“Lakin embarqonun ləğvindən sonra bu mümkün olacaq. Çünki oktyabrdan əvvəl mövcud olan beynəlxalq hüquqi maneə aradan qaldırılacaq”.
ABŞ dövlət katibi Mayk Pompeo isə ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılmasını və Tehranın Rusiya və ya Çindən silah almasının qarşısını almaq üçün hər şeyi edəcəklərini açıqlayıb.