Güney azərbaycanlı milli-mədəni fəal Yunis Qulizadə (Araz) İran məhkəməsi tərəfindən azadlıqdan məhrum edilib.
Teleqraf.com xəbər verir ki, Apelyasiya Məhkəməsi Qulizadəni “İran siyasi sisteminin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 91 gün müddətinə həbs cəzasına məhkum edib.
Qulizadə daha öncə İran İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizliyi pozmaq” və “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamları ilə 6 ay həbs cəzasına məhkum olunmuşdu.
Milli fəal barəsində irəli sürülün ittihamları qəbul etmir, bunların saxta olduğunu bildirir.