“ABŞ, pandemiya dönəmində də müstəqil siyasi kursu olan ölkələrə təzyiqləri artırır və verdiyi qərarları onlara qəbul etdirməyə çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Etiraf etməliyik ki, amerikalı həmkarlarımız qarşıdurmanı artırmağa yönəlik fəaliyyətlərini dayandırmırlar. Pandemiyadan istifadə edərək, öz baxış bucaqlarını gələcək nizam barədə planlarını tətbiq etmək üçün istifadə edirlər”, - Lavrov bildirib.
Nazirin sözlərinə görə, ABŞ bu “qaydaları” özü icad edir, müstəqil xarici siyasət aparan ölkələrə təzyiqləri artırır.