13 May 2020 16:39
2 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb, İkinci Dünya Müharibəsində Hitlerin əli ilə SSRİ-ni dağıdacağına ümid edirdi”.

Teleqraf.com xəbər verir ki, bunu israilli keçmiş kəşfiyyatçı, politoloq Yakod Kedmi deyib.

Ekspertin fikrincə, nasistlərin lideri Adolf Hitler müstəqil bir fiqur idi, lakin bir çox qüvvələr səhvən ondan istifadə edə biləcəklərinə inanırdılar.

Kedmi hesab edir ki, o dönəmdə müharibədən qaçmaq mümkün deyildi, amma Hitlerin SSRİ-yə qarşı şansı yox idi:

“Hitler müstəqil bir şəxs idi. Ancaq tarixdə olduğu kimi, bir çoxları onun uğurlarından öz məqsədləri üçün yararlanmaq üçün onu dəstəkləyəcəklərinə ümid edirdilər. Ümid edirdilər ki, onu siyasətlərinə tabe edə biləcəklər və onlara qarşı düşmənçilik hərəkətlərindən çəkinəcək.

O dövrdə Qərb hərbi gücünün özünə qarşı yönələcəyindən şübhələnmədən, SSRİ-dən qurtulacağına ümid etdiyi müharibədə Hitlerə kömək etdi. Müharibənin əvvəlində faşistlərin şansları olsa da, Sovet İttifaqını məğlub edə bilməzdilər. Bu qələbə SSRİ-nin gücü ilə qazanıldı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər