14 May 2020 11:27
4 925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının növbədənkənar iclasında Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya sosial şəbəkələrinə qoyduğu qadağanı uzatmaq təklifi qəbul edilib.

Teleqraf.com xəbər verir ki, şuranın iclasa təqdim etdiyi qanun layihəsinin lehinə 248 deputat səs verib.

Layihə Ali Radaya Rusiyanın internet resurslarına və sosial şəbəkələrinə qadağanı uzatmağı tövsiyə edir.

Beləliklə, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası və parlamentin qərarı ilə Rusiyanın internet mənbələrinə qoyulan qadağa üç il müddətinə uzadılıb.

Qanun layihəsinin bu gün Prezident Vladimir Zelenskinin sərəncamı ilə qüvvəyə minəcəyi gözlənilir.

Söhbət VKontakte və Odnoklassniki kimi məşhur sosial şəbəkələrdən gedir. Bundan başqa, Mail.ru, Yandex kimi internet resurslarının xidmətlərinə də sanksiyalar tətbiq edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər