Ankarada Türkiyə Böyük Millət Məclisinin Baş Məclisinin qarşısında hökumətin bu gün İraq və Suriyada “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizədə ABŞ və koalisiyaya yardımla bağlı edəcəyi müzakirəyə qarşı etiraz aksiyası keçirilir.
Teleqraf.com cumhuriyet.com-a istinadən xəbər verir ki, Ankara Həmrəyliyi adı altında keçirilən aksiyada qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqları üzvləri iştirak edir.
200 nəfərin qatıldığı aksiyaya görə Türkiyə polisi təhlükəsizlik tədbirlərini gücləndirib.
Samir