14 May 2020 16:41
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya Rusiyadan humanitar yardım olaraq 25 min ton buğda alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Pxenyandakı səfirliyi öz Feysbuk səhifəsində məlumat verib.

“Mayın 14-də səfir Aleksandr Matseqor və səfirliyin diplomatları Novorossiyskdən 25 min ton seçilmiş taxıl gətirən “POLINA” yük gəmisinin gəldiyi Nampxo limanına baş çəkiblər”, – deyə səfirliyin məlumatında deyilir.

Səfirlik bildirib ki, Ümumdünya Ərzaq Proqramının Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı ilə birlikdə hazırladığı araşdırmaya əsasən, hazırda Şimali Koreyada ən azı 10 milyon insan qida çatışmazlığı ilə üz-üzədir.


Müəllif: Səxavət

Oxşar xəbərlər