15 May 2020 10:59
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresi Şərqi Türküstanda uyğur türklərinə təzyiq siyasəti səbəbindən Çin rəsmilərinə sanksiya tətbiqinə dair qanun layihəsi qəbul edib.

Teleqraf.com xəbər verir ki, layihə uyğur türkləriə təzyiq siyasəti səbəbindən Çin rəsmilərinə sərt sanksiyaların tətbiq edilməsini nəzərdə tutur.

Layihədə Tramp administrasiyasından uyğur türkləri və digər müsəlman azlıqlara tətbiq edilən təzyiq və işgəncəyə görə məsuliyyət daşıyan Çin rəsmilərinə sanksiya tətbiq edilməsinə dair çağırış edilib.

Bundan başqa, qanun layihəsində ABŞ Dövlət Departamentinin bölgədə insan haqlarını pozulmasına dair hesabat tələb edilib.

Qeyd edək ki, belə qanun layihəsinin bir variantını 2019-cu ildə ABŞ Konqresinin Senatı qəbul etmişdi. Nümayəndələr Palatası da layihəyəyə bəzi dəyişikliklər edərək onu ötən ilin dekabrında təkrar Senata gönərmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər