Nyu-Yorkun Times meydanında “Trampın ölüm saatı” adı verilən xüsusi löhvə asılıb. Löhvədə şəhərdə koronavirusdan ölənlərin sayı qeyd edilib.
Teleqraf.com bildirir ki, belə bir addımla Nyu-York sakinləri Tramp administrasiyasının COVİD-19-a qarşı yetərli tədbirlər atmadığını ifadə ediblər.
Hazırda ABŞ-da Prezident Donald Trampın virusa qarşı ciddi tədbirlər görmədiyi, zamanında müəyyən addımlar atmadığı deyilir və buna görə o, tənqid edilir. Kino mütəxəssisi Jaecki tərəfindən Nyu-Yorkun ən populyar yeri olan Times meydanında “Trampın ölüm saatı”nın asılması da bu etirazlardan biridir.
Kino mütəxəssisi media üçün yazdığı məqalədə “Buraxın rəqəmlər danışsın” qiymətləndirməsini vurğulayaraq virusa qarşı kifayət qədər ön tədbirlər almayan Trampı günahkar hesab edib:
“Bu faciə unudulmaz. 10 minlərlə amerikalı administrasiyanın daha əvvəl addım atmaması və uğursuzluğu səbəbindən həyatını itirib”.