Yəmənin Ədən şəhərində səbəbi təsbit edilməyən infeksiya səbəbindən yüzlərlə insan həyatını itirib.
Teleqraf.com xəbər verir ki, mütəxəssislər xəstəliyin “Çikunqunya qızdırması” və ya ağciyər vəbası olması ehtimallarını irəli sürürlər.
Hökumət mənbələrindən mediaya sızdırılan məlumata görə, Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd Nəsir “Çikunqunya qızdırması” və ya ağciyər vəbası olduğu ehtimal edilən infeksiyadan həyatını itirib.
Ölüm səbəbinə dair hələlik rəsmi açıqlama verilməyib. 1-13 may tarixlərində altısı hökumət yetkilisi olmaqla, ümumilikdə 623 nəfərin bu səbəbdən vəfat etdiyi qeyd edilib.
Uzun illərdir davam edən hökm sürən aclıq, yoxsulluq, quraqlıq və humanitar yardımların edilməməsi səbəbindən Yəməndə vəziyyət hər saat ağırlaşır.