16 May 2020 14:54
27 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan bəzi məqamlarla bağlı keçmiş prezidentlərlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edə biləcəyini istisna etmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısı özü açıqlama verib.

“Əgər, belə bir ehtiyac yaranarsa, mən bununla bağlı heç bir problem görmürəm”, - Paşinyan deyib.

Bununla yanaşı, Paşinyan vurğulayıb ki, indi buna ehtiyac yoxdur, çünki münaqişə ilə bağlı bütün məlumatlar onun ixtiyarındadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər