16 May 2020 23:02
4 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfransla qatıldığı Çanaqqala körpü qülləsinin tamamlama mərasimindən sonra sosial media hesabında layihənin texniki göstəriciləri ilə bağlı foto paylaşıb.

Teleqraf.com-un xəbərinə görə, Ərdoğanın paylaşımında bu sözlər yer alıb:

"Ölkəmizin bir çox arzusunu gerçəkləşdirdiyimiz kimi, 1915 Çanaqqala Körpüsünü inşa etmək də, həmd olsun, bizə nəsib oldu. Türkiyə bir çox layihəmizlə nəqliyyat sahəsində regional mərkəz mövqeyinə yüksələcək".

Ərdoğan bildirib ki, dünyanın ən uzun körpüsü kimi tarixə düşəcək bu tikili 1915-ci il Çanaqqala zəfərinin simvolu olacaq.

Məlumatlara görə, 6 zolaqlı körpü (3 gəliş və 3 gediş yolu), iki qüllə arasındakı orta uzunluğuməsafə 2023, ümumi uzunluğu isə 3 563 metr olacaq. Çanaqqala körpüaü dünyanın ən uzun körpüsü olan Yaponiyanın Hyogo şəhərindəki Akaşi körpüsünü geridə buraxacaq.

Layihə 10,5 milyard lirəyə başa gələcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər