Liviyada qiyamçı Xəlifə Haftara bağlı qüvvələr yaşayış məntəqəsini raket zərbələri ilə vurub.
Axar.az xəbər verir ki, bu barədə Liviya Səhiyyə Nazirliyinin mətbuat katibi Emin əl-Haşimi sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, hücum nəticəsində 5 dinc sakin ölüb, 6 nəfər isə yaralanıb.