Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Daxili İşlər naziri Süleyman Soyluya gözlənilməz zəng edib.
Teleqraf.com xəbər verir ki, prezident Namaz dağı hərbi bazasında hərbçilərlə orucunu açan nazirlə danışıb.
Ölkə başçısı Soylu ilə telefon söhbətində əsgərləri və ailələrinin Ramazan bayramını təbrik edib.
Soylu bu barədə sosial mediada paylaşım edib.