17 May 2020 10:08
2 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya ordusu Vətiyyə hərbi bazasında olan Rusiya istehsalı "Pantsir" tipli hava hücumundan müdafiə sistemini məhv edib.

Teleqraf.com xəbər verir ki, Liviya ordusunun rəsmi sözçüsü Məhəmməd Qanuni strateji cəhətdən önəmli olan bazanın qiyamçı general Xəlifə Haftarın milislərindən geri almaq üçün əməliyyat keçirildiyini açıqlayıb.

Məlumata görə, 10 mindən çox hərbçi tutuma malik olan Vətiyyə bazasındakı zenit-raket kompleksi zərərsizləşdirilib.

NATO Baş katibi Yens Stoltenberq Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərraca zəng edərək ölkənin müdafiə təhülkəsizliyinin təmin olunmasına dəstək verməyə hazır olduqlarını bəyan edib.


Müəllif: Leyla

Oxşar xəbərlər