Danimarkada martın 13-dən bəri ilk dəfədir ki, koronavirusdan ölən olmayıb.
Teleqraf.com xəbər verir ki, bu, mayın 15-də qeydə alınıb.
Ölkədə təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 78 nəfər artaraq 10 min 791-ə çatıb. Xəstələrdən 10-u sağalıb, 137 nəfərin müalicəsi davam etdirilir. İndiyədək virusdan 537 nəfər həyatını itirib.
Hazırda Danimarkada koronavirus diaqnozu qoyulan insanların 83 faizi sağalıb.