Ermənistanda sutka ərzində 189 əfər koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ermənistanda koronavirusa yoluxanların sayı 4472 nəfərə çatıb, 1925 nəfər isə sağalıb.
Sutka ərzində 5 nəfər koronavirusdan ölüb. Bununla da ölkədə bu virusdan ölənlərin sayı 60-a yüksəlib.