17 May 2020 15:44
3 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamenti sədrinin müşaviri Hüseyn Əmir Abdullahiyan İranın Rusiya ilə Suriya Prezidenti Bəşər Əsədi hakimiyyəətdən uzaqlaşdırmaqla bağlı razılaşdığına dair iddialara cavab verib.

Teleqraf.com xəbər verir ki, o, sözügedən iddiaları təkzib edib.

"Bəşər Əsəd Suriyanın qanuni prezidenti və ərəb dünyasının terrorizmlə mübarizədə ən böyük lideridir", - deyə Hüseyn Əmir Abdullahiyan qeyd edib.

Onun sözlərinə görə, rəsmi Tehran Suriyanın suverenliyini, milli birliyini və ərazi bütövlüyünü dəstəkləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər