İsrail Knesseti (birpalatalı parlament) baş nazir Binyamin Netanyahunun 2 mart seçkilərinin nəticəsinə görə formalaşdırılmış 35-ci koalisiya hökumətinin tərkibini təsdiq edib.
Teleqraf.com xəbər verir ki, 120 deputatdan 73-ü yeni kabinetə etimad göstəriblər.
Bundan sonra Netanyahu və onun koalisiya üzrə partnyoru Beni Qansbaş nazir andı içiblər. Toplantının xüsusi iclası İsrail televiziyasının parlament kanalı ilə yayımlanıb.
"Likud" və “Kaxol-Lavan” partiyalarının koalisyon razılaşmasına əsasən Netanyahu 2021-ci ilin noyabrının ortalarına qədər baş nazir vəzifəsini tutacaq, sonra bu vəzifəyə Qans keçəcək.
Baş nazir Binyamin Netanyahunun "Likud" partiyasının nümayəndəsi Yariv Levin 23-cü çağırış Knessetin (parlamentin) spikeri seçilib. Levinin spiker seçilməsinə 120 deputatdan 71-i səs verib. O, bu vəzifədə "Kaxol-Lavan" blokunun başçısı Beni Qansı əvəz edib.