17 May 2020 19:58
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikada koronavirusa yoluxanların sayı 55 min nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, ölkədə pandemiya qurbanlarının sayı doqquz mini ötüb. Bununla yanaşı, virusa yoluxmuş 14 min insan sağalıb.

Belçikada martın 14-dən karantin rejimi qüvvədədir. Ölkədə tədris, mədəni və ictimai müəssisələr bağlanıb. Həmçinin kütləvi tədbirlər qadağan edilib və sərhədlər bağlanıb. Belçika rəhbərliyi mayın 4-də bir sıra məhdudiyyətləri ləğv etməyə başlayıb.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər