18 May 2020 11:50
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük acılarından olan Krım tatarlarının sürgünü tarixə qara ləkə olaraq keçib. Türkiyə bütün çətinliklər qarşısında özünü, kimliyini, dilini və mədəniyyətini qoruyan Krım Tatarlarının yanında olmaqda davam edəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin köməkçisi İbrahim Qalın Krım Tatarlarının sürgün həyatının 76-cı ildönümü münasibətilə yaydığı mesajda bildirib.

İbrahim Qalın əlavə edib ki, sürgün olunan yaşlı, körpə, qadınların çoxu həyatını itirib:

“Bu sürgün tarixdə qara ləkə kimi qalıb. Sürgünün üzərindən 76 il keçməsinə baxmayaraq, Krım Tatar xalqının qəsb edilən haqları geri qaytarılmayıb, ağrıları dinlənilməyib. Krımın qanunsuz olaraq ilhaqı yeni acılara vəsilə olub. Türkiyə bütün çətinliklərə rəğmən özünü, kimliyini, dilini və mədəniyyətini qoruyub saxlayan Krım Tatarlarının yanındadır. Türkiyə Krım Tatarlarının haqq və mənafelərini güvənə almaq üçün hər bir platformada cəhdlərini davam etdirəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər