18 May 2020 13:14
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələri “Atlas V” raket daşıyıcısı vasitəsilə gizli orbital sınaq gəmisinin kosmosa çıxarılmasını uğurla həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “BBC News” xəbər yayıb.

Təkrar istifadə edilə bilən “Boeing X-37B” gəmisinin layihəsi gizli saxlanılır, açıq mənbələrdə bu barədə çox az məlumat var. Ancaq kosmik missiya zamanı aparatın orbitə peyk buraxacağı və enerji şüaları texnologiyasını test edəcəyi məlumdur. Bundan əlavə, kosmosda radiasiyanın bitki toxumlarına və digər obyektlərə təsiri ilə bağlı təcrübə aparılacaq.

Qeyd olunur ki, bu buraxılış eksperimental orbital gəmi üçün altıncı idi.

Bundan əvvəl “SpaceX” kompaniyası “Starlink” internet peyklərinin yeni partiyasının buraxılışını təxirə salmalı olmuşdu. Yüksək ehtimalla buna “Atlas V”nin buraxılışı səbəb olub.


Müəllif: Səxavət