18 May 2020 16:01
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Qəznə şəhərində Kəşfiyyat Xidmətinin (NDS) binasına terror hücumu olub.

Teleqraf.com xəbər verir ki, binanın qarşısında bomba yerləşdirilmiş avtomobilin partlaması nəticəsində 7 nəfər həyatını itirib, 40 nəfər yaralanıb.

Yaralananlardan səkkizinin vəziyyətinin ağır olduğu, partlama nəticəsində yaxınlıqdakı tikilələrə xəsarət dəydiyi bildirilib.

Terror aktının məsuluyyətini üzərinə götürən olmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər