Çin Xalq Respublikasının sədri Si Cinpin Çinin koronavirus pandemiyasından zərər çəkən ölkələrə kömək üçün yaxın iki il ərzində 2 milyard dollar yardım edəcəyini söyləyib.
Teleqraf.comxəbər verir ki, o deyib:
“COVID-19-a qarşı beynəlxalq əməkdaşlığı stimullaşdırmaq üçün Çin yaxın iki il ərzində koronavirusla mübarizədə təsirlənmiş ölkələrdə, xüsusən inkişaf etməkdə olan ölkələrdə sosial-iqtisadi inkişafa kömək üçün 2 milyard dollar yardım edəcək”.
O, həmçinin Çinin COVID-19 üzərində qələbədən sonra pandemiyaya qlobal cavab reaksiyasını hərtərəfli yoxlamağa çağırdığını qeyd edib.