19 May 2020 12:03
1 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Prezident Donald Trampı mexaniki havalandırma cihazlarını Rusiyaya pulsuz göndərmək qərarına görə tənqid edib.

Teleqraf.com xəbər verir ki, Pelosi ABŞ rəhbərliyinin Rusiyanı dəyəri 5 milyon dollardan çox olan mexaniki ventilyasiya cihazları ilə təmin etmək niyyətində olduğunu bildirib.

“Rusiya bu cihazların pulunu çox yaxşı da ödəyə bilər. Onlar uyğun olmayan bir formada iş göndərirlər”, - spiker deyib.

Əlavə edək ki, ABŞ 200 havalandırma qurğusunun istehsalı və Rusiyaya göndərilməsi (təxminən 5 milyon dollar) xərclərini tamamilə öz üzərinə götürüb. Bu barədə ABŞ və Rusiya prezidentlərinin telefon görüşündə müzakirə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər