Liviyada əl-Vətiyyə hərbi hava bazasında ələ keçirilən Rusiya istehsalı “Pantsir” hava hücumundan müdafiə sistemləri paytaxt Tripolidəki Şəhidlər meydanına aparılıb.
Teleqraf.com xəbər verir ki, sistemlərin Rusiya səfirliyinin də qarşısında keçirildiyi bildirilən olayın videogörüntüsü sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Əlavə edək ki, Rusiya liviyalı qiyamçıları silahlandıran əsas dövlətlərdən biridir.
Liviya Silahlı Qüvvələri ötən gün səhər saatlarında qiyamçı Haftar ordusunun nəzarətində olan Əl-Vətiyyə hərbi hava bazasında nəzarəti ələ keçirib.
Videonu təqdim edirik: