“Səhiyyə, təhsil və iqtisadi məsələlər Avrasiya İqtisadi Komissiyasının səlahiyyətlərinə daxil olmamalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev deyib.
“Əlbəttə ki, ölkələrimiz arasındakı əməkdaşlıq çoxşaxəlidir, bu iqtisadi, sosial və humanitar münasibətlərin demək olar ki, bütün spektrinə təsir göstərir. Amma Avrasiya İqtisadi Komissiyasının iştirakı ilə bu məsələlərə beştərəfli formatda baxılması onların praktik icrasını çətinləşdirə bilər”, - prezident bildirib.
Onun sözlərinə görə, Avrasiya İqtisadi Komissiyasının səlahiyyətlərinə səhiyyə, təhsil və elm kimi məsələlərin tam daxil edilməsi, 2015-ci ildən Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında sazişin mahiyyətinə ziddir.