19 May 2020 18:14
2 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin Ukraynanın sabiq Prezidenti Petro Poroşenkoya o zaman baş prokuror vəzifəsini icra edən Viktor Şokinin istefası üçün bir milyard dollar təklif etdiyi iddia olunan səs yazısı bu gün ictimailəşdirilib.

Teleqraf.com xəbər verir ki, Ali Radanın üzvü Andrey Derkaç bu gün keçirilən mətbuat konfransında materialların prokurorluğa təqdim ediləcəyini bildirib.

Səs yazısında Con Kerrinin Poroşenkodan Şokin problemini həll etməsi üçün xahiş etdiyi eşidilir. Bildirilib ki, həmin dövrdə Baş prokuror Viktor Şokin Baydenin oğlu Hanterin işlədiyi "Burisma" neft və qaz şirkətinin qanunsuz fəaliyyətlərini araşdırıb.

İkinci səs yazısında isə Baydenin Poroşenkoya yeni baş prokurorun təyinatı üçün bir milyard dollar təklif edib.

Həmin vəsait Poroşenkoya məxsus müdafiə müəssisələrinə köçürülməli idi.

Qeyd edək ki, Poroşenkoya qarşı Ukraynada 16 cinayət işi açılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər