Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 75 nəfər dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 75 xəstə dünyasını dəyişib".
Qeyd edək ki, Rusiyanın paytaxtında koronavirusdan ölənlərin ümumi sayı 1 726 nəfərə çatıb.