Pekin Universiteti koronavirus pandemiyasının qarşısını alan dərman hazırladıqları iddiası ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, bu barədə universitet yanında Genetik İnnovasiya Mərkəzinin direktoru Sunni Se danışıb.
Onun sözlərinə görə, dərman nəinki virusa yoluxanları sağaldacaq, həm də koronaya qarşı immunteti qısa müddətə gücləndirəcək: "Biz neytarllaşdırılmış əks-cisimləri siçanlara verdik, 5 gün sonra onlarda virus yükü 2500 dəfə azaldı".
Sunni Se bildirib ki, dərman koronavirusun təxmin edilən ikinci dalğasına kimi istifadəyə veriləcək: "Ümid edirəm, bu neytaral əks-cisimlər pandemiyamın qarşısını almağa qadir olacaq".